Debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb Bank xəbərləri 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib. Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,291 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,267 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir. Taglardebet kartkredit kartı Son xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə xarici Time: Demokratlar İran münaqişəsinə görə Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 29/04/2026 Bank xəbərləri ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi! 29/04/2026 Bank xəbərləri AccessBank QSC Cisco Ironport üzrə tender elan edir 29/04/2026 Ölkə xarici Time: Demokratlar İran münaqişəsinə görə Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır 29/04/2026