Xalıq Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub Menecement (təyinatlar) 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub. X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb. X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. MənbəREPORT Son xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026 Digər xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026