“Kəpəz” BOKT ötən ildə mənfəət əldə edib, lakin xərclər daha yüksək dinamika ilə artır Qeyri-bank kredit təşkilatları 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Kəpəz” BOKT MMC 2026-cı ilin birinci rübündə 2.12 mln. manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 14.2% artım deməkdir. Mənfəətdə artım əsasən xalis faiz gəlirlərinin 17.3% yüksəlməsi ilə dəstəklənsə də, kredit zərərləri üzrə ehtiyatların 87.3% artması və inzibati xərclərin 17.8% genişlənməsi artım tempini bir qədər məhdudlaşdırıb. Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabat dövründə cəmi gəlirlər 5.64 mln. manata çatıb və illik müqayisədə 16.6% artıb. Eyni dövrdə ümumi xərclər 3.51 mln. manat olub ki, bu da 18.1% artım göstərir. Şirkətin cəmi aktivləri illik müqayisədə 22.2% artaraq 14.79 mln. manata yüksəlib. Kredit portfeli 14.7% artımla 12.24 mln. manat təşkil edib və cəmi aktivlərin təxminən 82.8%-ni formalaşdırıb (bir il əvvəl 88.1%). Cəmi öhdəliklər 8.2% artaraq 7.35 mln. manata, cəmi kapital isə 39.9% yüksələrək 7.44 mln. manata çatıb. Bölüşdürülməmiş mənfəət isə 26.5% azalaraq 2.44 mln. manat olub. Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 000 manatdır. Əbülfəz Əliyev Əlihəsən oğlu BOKT-nin 100% sahibdir. TaglarKəpəz BOKT Son xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026 Digər xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026