Dövlət fondları hesabına kredit artımı ümumi portfel artımından geri qalır Ümumi iqtisadi xəbərlər 29/04/2026 Biznes krediti /Banker.az Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin mart ayı üzrə göstəricilərə əsasən biznes kreditləri portfeli 16 mlrd. 215 mln. manat səviyyəsində olub. Banker.az Azərbaycan Mərkəzi Bankının son statistic bülleteninə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu da ilk rübdə 0.67% artımdır. Eyni dövrdə dövlət fondları hesabına verilən kreditlərin həcmi 1 mlrd. 188 mln. manata düşüb. Bu da 1.86% azalmadır. İlk rübdə portfelin payı 7.52%-dən 7.33%-ə düşüb. 2025-ci ilin mart ayının 2024-cü ilin eyni dövrü ilə müqayisəsində isə biznes kreditləri 13 mlrd. 202 mln. manatdan 14 mlrd. 935 mln. manata yüksəlib. Dövlət fondları hesabına kreditlər bu dövrdə 976 mln. manatdan 984 mln. manata artsa da, portfeldəki pay 7.39%-dən 6.59%-ə enib. Bu mərhələdə ümumi kredit artımı fonunda dövlət maliyyələşməsinin nisbi çəkisində azalma müşahidə olunub. Daha geniş zaman xəttində isə 2021-ci ilin dekabrında dövlət fondları hesabına kreditlərin portfeldə payı 12.46% səviyyəsində olub. 2022-ci il ərzində bu göstərici mərhələli şəkildə 9–11% aralığına enib, 2023-cü ildə 8% ətrafında, 2024-cü ildə isə 6.46–7.01% intervalında qərarlaşıb. Burada qeyd edilməlidir ki, bu dövrdə həm portfelin genişlənməsi, həm də dövlət mənbələrinin nisbi çəkisinin azalması paralel şəkildə davam edib. Son xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026 Digər xəbərlər Ölkə xarici Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib 29/04/2026 Bank xəbərləri Banklar kredit faizlərindən gəliri 1 milyard manatı aşdı 29/04/2026 Ölkə daxili Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq 29/04/2026 Ölkə xarici Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər 29/04/2026