Bu ilin I rübündə Maliyyə Nazirliyi 212 məhkəmə işinə cavabdeh qismində cəlb olunub. "Report" bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, bu işlərdən 47-si başa çatıb. Nəticədə 19,1 milyon manat qənaət edilib. Hesabat dövründə həmçinin nazirlik 21 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. I rübdə 2 cinayət işi başa çatıb ki, son nəticədə 1,02 milyon manat bərpa olunub.