Çərşənbə axşamı gecə Xartumun cənubunda Sudan Silahlı Qüvvələrinin mövqelərinə bir sıra dron hücumları həyata keçirilib. Şahidlər və yerli rəsmilər ordunun rəqibi olan paramilitar Çevik Dəstək Qüvvələrinin (RSF) Ağ Nil əyalətində və Cəbəl Avliya da baş verən hücumların arxasında durduğunu ehtimal ediblər. Nə ordu, nə də RSF hücumlar barədə şərh verməyib. Şahidlər və rəsmilər bildiriblər ki, Ağ Nil dəki hücum Kosti şəhərindəki 18-ci Piyada Diviziyasının qərargahına və Kenana aviabazasına qarşı olub.