“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? Sığorta xəbərləri 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Qala Həyat” ASC-nin xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə 1,9 milyon manat xalis mənfəət ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 2,1 milyon manat təşkil edib. Banker.az bunu rüblük hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cari ilin mart ayının sonuna şirkətin ümumi gəlirləri illik müqayisədə 17,4% artaraq 7,1 milyon manata yüksəlib. Paralel olaraq, hesabat dövründə “Qala Həyat”ın cəmi xərcləri 34,5% artım nümayiş etdirərək 4,6 milyon manata çatıb. Xərclər strukturunda əsas artım əməliyyat xərcləri və işlərin aparılması xərcləri hesabına baş verib. Biznes əməliyyatlarının nəticələrinə görə, əsas sığorta sinifləri üzrə yığımlar 6,5 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 0,3% azalma deməkdir. Hesabat dövründə sığorta ödənişləri kəskin artaraq 192,4 min manatdan 954,7 min manata yüksəlib və bu istiqamətdə 396,2% artım qeydə alınıb. Sığorta ödənişlərinin həcmindəki bu yüksəliş xalis sığorta ehtiyatlarının dəyişməsi ilə birlikdə ümumi maliyyə göstəricilərinə təsir göstərib. Qala Həyat-ın investisiya portfelinin həcmi 1,4% azalaraq 34,9 milyon manata düşsə də, bu fəaliyyətdən əldə olunan gəlirlər artıb. Belə ki, investisiya gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4% artaraq 757,9 min manat təşkil edib. İnvestisiya portfelinin əsas hissəsini 17,1 milyon manatla istiqrazlar və 12,5 milyon manatla bank depozitləri formalaşdırıb. Son xəbərlər Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026 Ölkə daxili Azərbaycanda xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olacaq 29/04/2026 Ümumi iqtisadi xəbərlər “Sea Breeze Construction” Qubadlıda 34.4 milyon manata yaşayış məhəlləsi inşa edəcək 29/04/2026 Digər xəbərlər Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026 Ölkə daxili Azərbaycanda xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olacaq 29/04/2026 Ümumi iqtisadi xəbərlər “Sea Breeze Construction” Qubadlıda 34.4 milyon manata yaşayış məhəlləsi inşa edəcək 29/04/2026