Azərbaycanda xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olacaq Ölkə daxili 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün oldu. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub. Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi. Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir. Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir. İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub. Son xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026