“OpenAI”nin texnologiya tərəfdaşlarının səhmləri “The Wall Street Journal”ın məqaləsindən sonra kəskin ucuzlaşıb İnvestisiya 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 28 aprel 2026-cı ildə “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, “OpenAI” gəlir və auditoriya üzrə daxili hədəflərinə çata bilməyib. Şirkət 2025-ci ilin sonuna qədər ChatGPT-nin həftəlik aktiv istifadəçilərinin sayını 1 milyarda çatdıra bilsə də, 2026-cı ildə aylıq gəlir proqnozlarını yerinə yetirməkdə çətinlik çəkir. Bundan əlavə, şirkətin maliyyə direktoru Sarah Friar və direktorlar şurası infrastruktur xərcləri ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar. Mənbələrin sözlərinə görə, bəzi rəhbərlər xərclərə daha ciddi nəzarət etmək istəyir, lakin bu, Sem Altmanın “mümkün qədər çox hesablama gücü almaq” strategiyası ilə ziddiyyət təşkil edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə WSJ materialının dərcindən sonra “OpenAI”nın əsas tərəfdaşlarının səhmləri ucuzlaşıb. Şirkətin başlıca investorlarından biri olan “SoftBank” 28 aprel tarixində Tokio birjasında 2025-ci ilin noyabrından bəri ən pis gündəlik nəticəni göstərib — səhmlər demək olar ki, 10% ucuzlaşıb. “Oracle” səhmləri 4% düşüb — şirkət beş il ərzində “OpenAI” üçün $300 milyardlıq hesablama gücü təmin etməyi öhdəsinə götürüb. “CoreWeave” səhmləri isə 5,8% ucuzlaşıb — bu şirkət “OpenAI”yə $11 milyardlıq infrastruktur təqdim etməyə razılaşıb. “Nvidia” səhmləri 1,6% azalıb (şirkət 2026-cı ilin fevralında “OpenAI”yə $30 milyard investisiya etmişdi). “Broadcom” və AMD səhmləri də hər biri 3%-dən çox ucuzlaşıb. Analitiklərin sözlərinə görə, bazar “OpenAI” ilə bağlı şübhələri artıran istənilən siqnala həssas reaksiya verir. “Bloomberg” yazır ki, şirkətin üzərinə götürdüyü böyük maliyyə öhdəlikləri və maliyyələşmənin dövri xarakteri onun tərəfdaşlarına da təsir göstərə bilər. TaglarOpenAI Son xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026