Brent neftinin qiyməti martın sonundan bəri ilk dəfə 115 dolları keçib Ölkə xarici 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Brent nefti üzrə iyun fyuçerslərinin qiyməti ICE London birjasında 30 martdan bəri ilk dəfə olaraq bir barel üçün $115 həddini keçib. Bunu ticarət məlumatları göstərir. Bakı vaxtı ilə saat 11:36-ya olan məlumata görə, iyun tədarüklü Brent nefti kotirovkaları $113,3 səviyyəsinə çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 28 aprel tarixində isə 2026-cı ilin iyul tədarüklü Brent fyuçersləri ICE birjasında 30 martdan bəri ilk dəfə $112-ni keçib. Saat 16:15-ə olan vəziyyətə görə, fyuçerslər 3,79% bahalaşaraq $112,02 olub. Həmin gün “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın münaqişəni dayandırmaq üçün irəli sürdüyü üçmərhələli plana skeptik yanaşıb. ABŞ rəsmilərinin sözlərinə görə, İran regional vasitəçilərə yeni təşəbbüs təqdim edib: Hörmüz boğazında gəmilərə hücumların dayandırılması müqabilində müharibənin tam dayandırılması, o cümlədən Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi və nüvə danışıqlarının bərpası. Taglarbrentneft Son xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb 29/04/2026 Sığorta xəbərləri “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb? 29/04/2026 Ölkə daxili Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026 İnvestisiya Qızılın qiyməti martın 30-dan bəri ilk dəfə 4 550 dollardan aşağı düşüb 29/04/2026