Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir Avto xəbərlər 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Çin avtomobil istehsalçıları Avropa avtomobil bazarında mövqelərini sürətlə gücləndirir. Cari ilin mart ayında Çindən idxal olunan qoşulan hibrid avtomobillərin satışları illik müqayisədə 300%-dən çox artaraq rekord həddə çatıb. Nəticədə bu avtomobillər Avropada hibrid avtomobil bazarının təxminən 20%-ni təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin əvvəlində Çin istehsalı olan hibrid avtomobillərin Avropa İttifaqı bazarındakı payı cəmi 2% səviyyəsində olub. Artım ümumi satışlara da təsir göstərib. Belə ki, mart ayında Avropada Çin avtomobillərinin ümumi satışı illik müqayisədə təxminən 100% artaraq rekord 140 094 ədədə çatıb. Hazırda Çin avtomobilləri Avropa avtomobil bazarında 9,4% paya sahibdir. Bu isə son iki il ərzində bazar payının təxminən üç dəfə artdığını göstərir. Mütəxəssislər bildirirlər ki, Çin istehsalçıları bazarda ən əlçatan qiymətə avtomobillər təklif etməklə yanaşı, texnologiya və təchizat baxımından da Avropa brendlərinə sürətlə yaxınlaşır. Bu fonda Avropa istehlakçılarının Çin avtomobillərinə marağı da sürətlə artır. MənbəMODERN.AZ TaglarAvropa bazarıÇin avtomobilləri Son xəbərlər Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Ölkə xarici Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib 29/04/2026 Karyera Bu müəllimlər də sertifikasiyaya cəlb olunacaq – Prezident təsdiqlədi 29/04/2026 Ölkə daxili İranla sərhəddə yeni gömrük keçid məntəqəsi inşa olunacaq 29/04/2026 Digər xəbərlər Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Ölkə xarici Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib 29/04/2026 Karyera Bu müəllimlər də sertifikasiyaya cəlb olunacaq – Prezident təsdiqlədi 29/04/2026 Ölkə daxili İranla sərhəddə yeni gömrük keçid məntəqəsi inşa olunacaq 29/04/2026