Gömrükdə yenilik: bəzi lisenziya və rüsumlar ləğv olunur Ölkə daxili 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Gömrük daşıyıcısı ola biləcək şəxslərin əhatə dairəsi genişləndiriləcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda qüvvədə olan qanunvericiliyə görə, qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif edilən dəyişikliyə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gömrük daşıyıcısı ola biləcəklər. Müvafiq icra hakimiyyəti orqanı gömrük daşıyıcılarının siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək. Qanun layihəsində sözügedən məsələ ilə bağlı hazırda qüvvədə olan aşağıdakı müddəların ləğv edilməsi təklif edilir: gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır; gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət rüsumu qaytarılmır. MənbəTREND TaglarGömrük məcəlləsilisenziyarüsum Son xəbərlər Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Ölkə xarici Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib 29/04/2026 Digər xəbərlər Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Ölkə xarici Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib 29/04/2026