Hesablama Palatası subsidiya, sığorta, ixrac və büdcə fondlarında dəyişikliklər təklif edir Maliyyə xəbərləri 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi alan subyektlərin məsuliyyəti artırılmalıdır. Bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qurum əkin və məhsul subsidiyaları, eləcə də texnikaya verilən güzəştlərdən yararlananlara məhsul həcmi, məhsuldarlıq və yeni iş yerlərinin yaradılması kimi konkret tələblərin qoyulmasını məqsədəuyğun hesab edir. Bundan əlavə, bəzi məqsədli büdcə fondlarının fəaliyyətinə yenidən baxılması təklif edilib. Xüsusilə, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun müstəqil mədaxil mənbələrinin azalması fonunda onun mövcudluğunun metodoloji aktuallığının qiymətləndirilməsi zəruri sayılıb. Hesablama Palatası eyni zamanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortalanması mexanizminin gücləndirilməsini təklif edir. Bunun üçün Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında koordinasiyalı nəzarət mexanizminin yaradılması, həmçinin müvafiq qaydaların mövcud sığorta qanunvericiliyinə uyğunlaşdırılması vacib hesab edilir. Palata ixracın təşviqi sahəsində institusional yanaşmanın gücləndirilməsini də təklif edir. Belə ki, bu istiqamətdə strateji inkişaf planının, illik əməliyyat planlarının (kəmiyyət indikatorları üzrə) və monitorinq mexanizmlərinin hazırlanaraq tətbiq olunması tövsiyə edilib. MənbəREPORT TaglarHesablama PalatasıSığortasubsidiya Son xəbərlər Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Digər xəbərlər Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026