Azərbaycanla Uruqvay arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib Ümumi iqtisadi xəbərlər 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Xarici işlər naziri Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub. Tərəflər ötən il Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarət və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər. Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Eyni gündə, Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib. MənbəREPORT TaglarAzərbaycan Xarici İşlər NazirliyiAzərbaycan-Uruqvaysadələşdirilmiş viza rejimi Son xəbərlər Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026 Digər xəbərlər Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Ölkə xarici Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib 29/04/2026