Bu müəllimlər də sertifikasiyaya cəlb olunacaq – Prezident təsdiqlədi Karyera 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qanuna əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq. Bununla təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq. Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək. Dövlət başçısının müvafiq Fərmanına əsasən, Nazirlər Kabineti dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. TaglarƏmək Məcəlləsimüəllimlərin sertifikasiyasıtəhsil haqqında qanun Son xəbərlər Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Digər xəbərlər Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026