İranla sərhəddə yeni gömrük keçid məntəqəsi inşa olunacaq Ölkə daxili 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” gömrük keçid məntəqəsi inşa olunacaq. Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin təqdimatı zamanı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, bununla əlaqədar intensiv tikinti işləri aparılır. “İşlər yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin piyadaların keçidi üçün imkanlar yaranacaq”, – deyə komitə sədri qeyd edib. Qeyd edək ki, 21 sentyabr 2022-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Uzunluğu 112 kilometr olan Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır. MənbəTREND TaglarAzərbaycan Dövlət Gömrük KomitəsiAzərbaycan-İranŞahin Bağırov Son xəbərlər Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026 Digər xəbərlər Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Avto xəbərlər Çin avtomobilləri Avropa bazarını sürətlə ələ keçirir 29/04/2026