Deputat deyir ki, min manat borca görə ölkədən çıxışı məhdudlaşdırmaq düzgün deyil Ölkə daxili 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Min manat borcu olan vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoyulması düzgün deyil. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Deputat vurğulayıb ki, layihəyə əsasən, xarici ticarət iştirakçısının borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. “Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər” – o vurğulayıb. V. Bayramov həmçinin bildirib ki, səyyar gömrük auditinin 20 iş gün (zərurət olduqda 30 günədək) davam etməsi uzun hesab olunur və bu müddətin azaldılması təklif edilir. Onun fikrincə, elektronlaşma şəraitində sahibkar fəaliyyətinin təxminən bir ay yoxlanılması məqsədəuyğun sayılmır. MənbəXezerxeber.az TaglarGömrük məcəlləsiMilli MəclisVüqar Bayramov Son xəbərlər Ölkə xarici Putinlə Tramp arasında telefon danışığı olubPutinlə Tramp arasında telefon danışığı olub 29/04/2026 Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026 Digər xəbərlər Ölkə xarici Putinlə Tramp arasında telefon danışığı olubPutinlə Tramp arasında telefon danışığı olub 29/04/2026 Ölkə daxili Hesablama Palatası dövlətdən sosial yardım alanların icbari sığortalanmasını təklif edib 29/04/2026 Kənd təsərrüfatı Hesablama Palatası: Kənd təsərrüfatında dövlət dəstəyi alanlar məsuliyyət daşısınlar 29/04/2026 Ölkə xarici Trampın reytinqi ən aşağı səviyyəyə düşüb 29/04/2026