Tramp neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi Neft və Qaz 29/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Prezidenti Donald Tramp İranla müharibənin enerji sektoruna təsirlərini müzakirə etmək üçün neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb. “Axios” portalının yaydığı məlumata görə, görüşdə Ağ Evin aparat rəhbəri Suzi Uayls, maliyyə naziri Skott Bessent, habelə xüsusi səfirlər Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. “Chevron”un nümayəndəsi şirkətin baş direktoru Mayk Uirtin iştirakını təsdiqləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Adı açıqlanmayan Ağ Ev rəsmisi portala bildirib ki, Tramp daxili və beynəlxalq enerji bazarlarında vəziyyətin qiymətləndirilməsi üçün enerji şirkətləri rəhbərləri ilə müntəzəm görüşlər keçirir. Mövzular daxili hasilatı, Venesueladakı irəliləyişi, neft, təbii qaz və daşınma qiymətlərini əhatə edir. Növbəti görüş Hörmüz boğazının bağlanmasının qlobal enerji təchizatında görünməmiş fəsadlar yaratdığı bir vaxtda baş tutub. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxdığını elan etməsi neft qiymətlərində daha bir artıma səbəb olub. “Axios” qeyd edir ki, indi Tramp və Konqresdəki respublikaçılar ABŞ-də yüksək benzin qiymətlərinin siyasi nəticələrinə hazırlaşırlar. MənbəAZƏRTAC TaglarABŞDonald Trampneft Son xəbərlər Valyuta ABŞ FED-i faiz qərarını verdi 29/04/2026 Nəqliyyat Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik 29/04/2026 Neft və Qaz BƏƏ-dən nümunə götürən Venesuela OPEC-dən çıxa bilər 29/04/2026 Ölkə xarici Putinlə Tramp arasında telefon danışığı olubPutinlə Tramp arasında telefon danışığı olub 29/04/2026 Digər xəbərlər Valyuta ABŞ FED-i faiz qərarını verdi 29/04/2026 Nəqliyyat Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik 29/04/2026 Neft və Qaz BƏƏ-dən nümunə götürən Venesuela OPEC-dən çıxa bilər 29/04/2026 Ölkə xarici Putinlə Tramp arasında telefon danışığı olubPutinlə Tramp arasında telefon danışığı olub 29/04/2026