“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb Telekommunikasiya 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 67 705 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 612 873 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 540 604 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil cihazların IMEI kodlarının orjinallığını mygov portalında yoxlamaq mümkündür. TaglarAzInTelecom Son xəbərlər Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Ölkə daxili Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq 30/04/2026 Ölkə xarici Əlcəzair OPEC və OPEC+ qarşısında öhdəliklərinə sadiqliyini təsdiqləyib 30/04/2026 Sığorta xəbərləri İcbari avto-sığortada kim qazanır, kim itirir? – Zərərlilik kritik həddədir 30/04/2026 Digər xəbərlər Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Ölkə daxili Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq 30/04/2026 Ölkə xarici Əlcəzair OPEC və OPEC+ qarşısında öhdəliklərinə sadiqliyini təsdiqləyib 30/04/2026 Sığorta xəbərləri İcbari avto-sığortada kim qazanır, kim itirir? – Zərərlilik kritik həddədir 30/04/2026