Financial Times: Texnoloji şirkətlər 2026-cı ildə süni intellektə $725 mlrd. xərcləyəcəklər Texnologiya xəbərləri 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Aparıcı dörd texnologiya şirkəti — “Amazon”, “Meta”, “Microsoft” və “Alphabet” — 2026-cı il üçün süni intellekt (AI) texnologiyalarına yatırımla bağlı ilkin planlarını artırıblar. “Financial Times” qəzetinin məlumatına görə, bu şirkətlər artıq bu sahəyə ümumilikdə 725 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da 2025-ci ildəki rekord 410 milyard dollarla müqayisədə 77% çoxdur. Nəşrin qeyd etdiyinə görə, investorlar əvvəlcə bu qədər böyük xərclərlə bağlı skeptik yanaşsalar da, ümumilikdə şirkətlərin maliyyə hesabatlarını müsbət qarşılayıblar. Çünki süni intellektə və məlumat mərkəzlərinə (data center) artan tələbat gəlirlərin və mənfəətin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Jefferies” analitiki Brent Till bildirib ki, süni intellekt iqtisadiyyatı effektivdir və davamlı inkişaf edir. Onun sözlərinə görə, texnologiya nəhənglərinin gəlirlərindəki artım göstərir ki, iri oyunçular böyük kapital xərclərini qarşılaya bilirlər. O, texnoloji şirkətlərin aktivlərinin qiymətinin düşəcəyi ilə bağlı pessimist proqnozları əsassız adlandırıb. UBS analitiki Stiven Ju isə qeyd edib ki, şirkətlərin müsbət nəticələri investorların yatırımların davamlı geri dönüşünə olan inamını gücləndirəcək. Taglarsüni intellekttexnoloji şirkətlər Son xəbərlər Bank xəbərləri Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədan mühüm qərarı 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Ölkə daxili Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq 30/04/2026 Telekommunikasiya “AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb 30/04/2026 Digər xəbərlər Bank xəbərləri Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədan mühüm qərarı 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Ölkə daxili Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq 30/04/2026 Telekommunikasiya “AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb 30/04/2026