“Azəraqrartikinti” şirkətinin mənfəəti 30% azalıb Yerli biznes xəbərləri 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azəraqrartikinti” ASC-nin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə təxminən 30% azalaraq 1.25 milyon manatdan 886 min manata düşüb. Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin əsas əməliyyat gəlirləri 2024-cü ildəki 11.7 milyon manatdan 2025-ci ildə 36.7 milyon manata yüksəlib. Satışın maya dəyəri gəlirlərdən daha sürətlə artaraq 8.5 milyon manatdan 33.9 milyon manata çatıb. İnzibati xərclər sabit qalaraq 1.62 milyon manat təşkil edib. Hesabat dövrü üzrə 221 min manat mənfəət vergisi hesablanıb. Şirkətin cəmi aktivləri illik müqayisədə 22% azalaraq 62.7 mln. manatdan 48.8 mln. manata düşüb. Bu azalma əsasən qısamüddətli aktivlərin (dövriyyə vəsaitlərinin) 61.2 mln. manatdan 47.1 mln. manata enməsi ilə bağlıdır. Taglar2025-ci il maliyyə hesabatıAzəraqartikinti Son xəbərlər Yerli biznes xəbərləri “Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1.4 milyon manat azaldıldı 30/04/2026 Qeyri-bank kredit təşkilatları “Kredaqro” BOKT-un vəzifəli şəxsi ₼10 min cərimələndi 30/04/2026 Bank xəbərləri Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1.4 milyon manat azaldıldı 30/04/2026 Qeyri-bank kredit təşkilatları “Kredaqro” BOKT-un vəzifəli şəxsi ₼10 min cərimələndi 30/04/2026 Bank xəbərləri Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026