Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar Bank xəbərləriHüquqi məsələlər 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib. Banker.az-ın əldə etdiyi məlumatda bu qeyd edilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir. İş materiallarına görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb. Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Qeyd olunub ki, borc barədə digər şəxslərə məlumat verilməsi bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Son xəbərlər Yerli biznes xəbərləri “Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1.4 milyon manat azaldıldı 30/04/2026 Qeyri-bank kredit təşkilatları “Kredaqro” BOKT-un vəzifəli şəxsi ₼10 min cərimələndi 30/04/2026 Yerli biznes xəbərləri “Azəraqrartikinti” şirkətinin mənfəəti 30% azalıb 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1.4 milyon manat azaldıldı 30/04/2026 Qeyri-bank kredit təşkilatları “Kredaqro” BOKT-un vəzifəli şəxsi ₼10 min cərimələndi 30/04/2026 Yerli biznes xəbərləri “Azəraqrartikinti” şirkətinin mənfəəti 30% azalıb 30/04/2026 Neft və Qaz Brent-in qiyməti 2022-ci ilin martından bəri ilk dəfə 126 dolları keçib 30/04/2026