SOCAR neft hasilatının ilk rübdə artdığını deyir Neft və Qaz 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin birinci rübündə SOCAR tərəfindən təxminən 13 min metr qazma işi həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1.67 milyon ton neft, həmçinin 1.85 milyard kubmetr qaz hasil olunub. Banker.az bunu SOCAR-a istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ölkə üzrə qaz hasilatı 0.4% artaraq 12.64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6.63 milyon ton xam neft hasil olunub. Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3.52 milyon ton təşkil edib. Bu göstəriciyə şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4.76 milyard kubmetr, qaz ixracı isə 6.5 milyard kubmetr olub. Cari ilin birinci rübündə SOCAR tərəfindən 1.45 milyon ton neft və 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Taglarneft hasilatıSOCAR Son xəbərlər Valyuta AMB faizləri sabit saxladı – Yaxın Şərq gərginliyi Avrozona üçün iqtisadi riskləri artırır 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paytaxtın 5 rayonunda binalar təmir olunacaq – 25 milyonluq layihə 30/04/2026 Bank xəbərləri “S&P Global” “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini artırıb 30/04/2026 Digər xəbərlər İngiltərə Bankı “U” dönüşü edir: artıq faiz artımı masadadır 30/04/2026 Digər xəbərlər Valyuta AMB faizləri sabit saxladı – Yaxın Şərq gərginliyi Avrozona üçün iqtisadi riskləri artırır 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paytaxtın 5 rayonunda binalar təmir olunacaq – 25 milyonluq layihə 30/04/2026 Bank xəbərləri “S&P Global” “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini artırıb 30/04/2026 Digər xəbərlər İngiltərə Bankı “U” dönüşü edir: artıq faiz artımı masadadır 30/04/2026