Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib. "Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən (282,8 milyon ABŞ dolları) 74,1 milyon ABŞ dolları və ya 26,2 % azdır. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 27,3 % payla "SOCAR Polymer" MMC başçılıq edib. İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi: 2026-cı ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları) 2025-ci ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları) SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dollarına çatıb.