Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər – Xəbərdarlıq Ölkə daxili 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Buraya baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir. İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni miqdarda maddi məsuliyyət daşıyırlar. Bu kateqoriyadan olan məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə oluna bilər. Ona görə də hər bir istifadəçi poçt vasitəsilə göndəriş həyata keçirməzdən əvvəl əşya və malların daşınması və idxalı ilə bağlı tətbiq olunan hüquqi tələbləri dəqiqləşdirməlidir. Qurum vətəndaşları sifariş etdikləri və ya göndərmək istədikləri məhsulların daşınmasının hüquqi rejimini əvvəlcədən yoxlamağa, zərurət yarandıqda tənzimləyici quruma, AQTA-ya və ya poçt rabitəsi operatorlarına müraciət etməyə çağırır. MənbəXezerxeber.az Taglarİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyipoçt göndərişləri Son xəbərlər Ölkə daxili Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq 30/04/2026 Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Azərbaycanda dəfn pulu ilə bağlı yenilik 30/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq 30/04/2026 Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Azərbaycanda dəfn pulu ilə bağlı yenilik 30/04/2026