Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb Turizm 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyənin illik turizm gəlirləri 65,6 milyard dollara çatıb. Bunu ölkənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında qabardıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “2026-cı ilin ilk rübündə illik əsasda 4,2 faiz artan turizm gəlirlərimizin illikləşdirilmiş dəyəri 65,6 milyard dollara çatıb”, – o qeyd edib və ziyarətçi sayındakı artım və adambaşına düşən xərclərdəki yüksəlişin də olduğunu açıqlayıb. C. Yılmazın sözlərinə görə, bölgədəki gərginlik Türkiyənin iqtisadi inkişafına maneə olmayıb: “Bölgəmizdə artan geosiyasi gərginliklərə baxmayaraq, iqtisadi aktivlik üzərindəki təsirləri məhdudlaşdırmaq və dayanıqlılığımızı gücləndirmək üçün addımlarımızı qətiyyətlə atırıq. Bu çərçivədə, valyuta qazandıran xidmət ixracımızın mühüm bir tərkib hissəsi olan turizm sektorunu dəstəkləmək məqsədilə Turizm Dəstək Paketini işə saldıq və beləliklə, sektora 60 milyard lirə (1 milyard 328 milyon dollar) əlavə təminat və kredit imkanı təmin etmiş olduq”. O əlavə edib ki, cari kəsirin azaldılmasına, məşğulluğun gücləndirilməsinə və inkişafa töhfə verən sektorlar dəstəklənəcək. “Artan regional risklərə baxmayaraq, proqramımızın əsas prioritetlərindən güzəştə getmədən iqtisadiyyatımızın dayanıqlılığını gücləndirməyə davam edəcəyik”, – C. Yılmaz bildirib. MənbəREPORT TaglarCevdet YılmazturizmTürkiyə Son xəbərlər Ölkə daxili Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq 30/04/2026 Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər – Xəbərdarlıq 30/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq 30/04/2026 Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər – Xəbərdarlıq 30/04/2026