Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq Ölkə daxili 30/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək: bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda; düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə; gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə. Həmçinin, qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq. Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək. Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək. Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək. MənbəREPORT Taglargömrük bəyannamələriGömrük məcəlləsi Son xəbərlər Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər – Xəbərdarlıq 30/04/2026 Ölkə daxili Azərbaycanda dəfn pulu ilə bağlı yenilik 30/04/2026 Digər xəbərlər Ölkə xarici Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər 30/04/2026 Ümumi iqtisadi xəbərlər Paşinyan: Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək 30/04/2026 Ölkə daxili Poçtla sifariş edilən bəzi məhsullar müsadirə oluna bilər – Xəbərdarlıq 30/04/2026 Ölkə daxili Azərbaycanda dəfn pulu ilə bağlı yenilik 30/04/2026