UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. "Report"un məlumatına görə, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub. "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" komandasına 1:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.