Financial Times: Trampın övladları Qazaxıstanda volfram hasilatına investisiya edib Xarici biznes xəbərləri 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ lideri Donald Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik Qazaxıstanda volfram hasilatı ilə məşğul olan şirkətdə pay əldə ediblər. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb. Məlumata görə, 2025-ci ilin avqustunda qardaşlar “Skyline Builders” tikinti qrupunda pay alıblar. Daha sonra bu şirkət dağ-mədən sənayesində ixtisaslaşan Kaz Resources-da 20%-lik pay əldə edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Cove Kaz Capital” və “Kaz Resources” şirkətləri aprelin 30-da “Skyline” ilə birləşmək barədə razılığa gəliblər. Yeni şirkətin “Kaz Resources” adı ilə “Nasdaq” birjasında ticarətə çıxarılması planlaşdırılır. Nəşrin qeyd etdiyi kimi, birləşmə ilə bağlı yayımlanan press-relizdə qardaşların adı çəkilmir. Donald Trampın nümayəndəsi bildirib ki, o yalnız passiv investor kimi çıxış edir və şirkətin operativ fəaliyyətində iştirak etmir. TaglarDonald TrampQazaxıstanVolfram Son xəbərlər Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026 Yerli biznes xəbərləri Tenderlərdə qalib gələn şirkət gəlirlərini 17 mln. manata qaldırıb 01/05/2026 Nəqliyyat Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? – Video 01/05/2026 Digər xəbərlər Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026 Yerli biznes xəbərləri Tenderlərdə qalib gələn şirkət gəlirlərini 17 mln. manata qaldırıb 01/05/2026 Nəqliyyat Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? – Video 01/05/2026