Tenderlərdə qalib gələn şirkət gəlirlərini 17 mln. manata qaldırıb Yerli biznes xəbərləri 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Kaskad-Hidro M” MMC 2026-cı ilin yekunlarına görə 2.8 mln. manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə təxminən 2% azalma deməkdir. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 2.9 mln. manat təşkil edib. Banker.az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında qeyd edilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin bölüşdürülməmiş mənfəəti isə 5.9 mln. manata çatıb. Hesabat dövründə şirkətin əsas fəaliyyətdən gəlirləri 17.6 mln. manat təşkil edib. Satışın maya dəyəri 11.8 mln. manat olub, inzibati xərclər 1.5 mln. manat, sair əməliyyat xərcləri isə 608 min manat səviyyəsində qeydə alınıb. Şirkətin cəmi aktivləri 25.5 mln. manata yüksəlib ki, bu da illik müqayisədə 14% artım deməkdir. 2025-ci ildə bu göstərici 22.3 mln. manat olub. Hesabat dövründə şirkətin cəmi kapitalı 8.6 mln. manat təşkil edib və illik müqayisədə 46% artıb. Cəmi öhdəliklər isə 17 mln. manat səviyyəsində olub ki, bu da əvvəlki ilin 16.4 mln. manatı ilə müqayisədə təxminən 3% artım deməkdir. Xatırladaq ki, “KASKAD-HİDRO” MMC bazarda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət çirkab və təmiz sular üçün geniş çeşiddə nasos aqreqatlarını təklif edir. Şirkətin adı tez-tez regional su və mellorasiya idarələrində qalib kimi çıxır. Onun nizamnamə kapitalı 10 manat məbləğindədir. Şirkətin təsisçisi Rəsulov Rauf Xudaverdi oğludur. TaglarKaskad-Hidro M Son xəbərlər Yerli biznes xəbərləri “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir 01/05/2026 Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026 Xarici biznes xəbərləri Financial Times: Trampın övladları Qazaxıstanda volfram hasilatına investisiya edib 01/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir 01/05/2026 Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026 Xarici biznes xəbərləri Financial Times: Trampın övladları Qazaxıstanda volfram hasilatına investisiya edib 01/05/2026