Meksika və Aİ mayın 22-də strateji tərəfdaşlıq sazişi imzalayacaq Ölkə xarici 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də Meksika paytaxtında keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş və aralıq ticarət razılaşması imzalayacaq. Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin ölkə prezidenti Klaudiya Şeynbaum ilə Avropa Şurasının sədri Antonio Koşta arasında baş tutan telefon danışığından sonra yayımladığı kommünikedə bildirilir. Sənəddə qeyd olunur ki, sammitin əsas nəticələrindən biri “Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq haqqında sazişin” (yenilənmiş qlobal saziş) və aralıq ticarət razılaşmasının imzalanması olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bəyanatda vurğulanır ki, yeni saziş 25 il əvvəl formalaşdırılmış mövcud siyasi, əməkdaşlıq və iqtisadi münasibətlər çərçivəsini yeniləyəcək və dərinləşdirəcək. “Bu, hərtərəfli xarakter daşıyan sazişdir və bütün sahələr üzrə əlaqələri gücləndirəcək, hər iki tərəfin dayanıqlı inkişafı üçün strateji sektorlar üzrə daha dərin əməkdaşlığa zəmin yaradacaq”, — deyə mətndə qeyd olunur. Avropa İttifaqını görüşdə Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təmsil edəcək. Onun Meksikaya işgüzar səfəri mayın 21-də başlayacaq. Şeynbaum və Koşta razılaşıblar ki, qarşıdan gələn sammit Meksika ilə Brüssel arasında münasibətlərdə həlledici mərhələ olacaq və strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirəcək. TaglarAİMeksika Son xəbərlər Bank xəbərləri Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib 01/05/2026 Yerli biznes xəbərləri “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir 01/05/2026 Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib 01/05/2026 Yerli biznes xəbərləri “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir 01/05/2026 Hüquqi məsələlər Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama 01/05/2026 Sığorta xəbərləri Avto-icbari sığorta “Meqa Sığorta” üçün “baş ağrısına” çevrilib: Mənfəət kəskin düşdü 01/05/2026