“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb Bank xəbərləri 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin Münsiflər Heyətinin qiymətləndirmə sessiyası başa çatıb. Sessiya çərçivəsində Deloitte və PAŞA Bank təmsilçiləri namizəd şirkətləri Münsiflər Heyətinə təqdim ediblər. Təqdimatlar zamanı iştirakçı şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri ətraflı müzakirə olunub. Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı — strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət üzrə aparılıb. Münsiflər Heyəti namizədləri bu istiqamətlər üzrə hərtərəfli nəzərdən keçirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramının məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləməkdir. “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır. Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə “Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır. TaglarPAŞA Bank Son xəbərlər Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Biz bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” — “PAŞA Bank Gürcüstan”ın baş direktoru ilə müsahibə 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Ölkə xarici Fitch: ABŞ iqtisadiyyatında İranla müharibə fonunda risklər artıb 01/05/2026 Menecement (təyinatlar) TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub – RƏSMİ 01/05/2026 Digər xəbərlər Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Biz bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” — “PAŞA Bank Gürcüstan”ın baş direktoru ilə müsahibə 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Ölkə xarici Fitch: ABŞ iqtisadiyyatında İranla müharibə fonunda risklər artıb 01/05/2026 Menecement (təyinatlar) TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub – RƏSMİ 01/05/2026