Fitch: ABŞ iqtisadiyyatında İranla müharibə fonunda risklər artıb Ölkə xarici 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” İranla müharibə, idxal tarifləri və dövlət idarəçiliyindəki problemlər səbəbindən ABŞ iqtisadiyyatında qeyri-müəyyənlik risklərinin artdığını açıqlayıb. Buna baxmayaraq, agentlik ölkənin uzunmüddətli kredit reytinqini AA+ səviyyəsində saxlayıb. Analitiklərin proqnozlarına görə, ABŞ büdcə kəsiri ÜDM-in 7,9%-i səviyyəsində formalaşacaq, dövlət borcu isə artmaqda davam edərək 2027-ci ilin sonuna 122%-ə çatacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Politico” nəşrinin məlumatına görə, Pentaqonun müvəqqəti baş auditörü Cey Herst bildirib ki, ABŞ artıq İrandakı hərbi əməliyyatlara 25 milyard dollar xərcləyib. Senat çoxluğunun lideri Con Tun isə qeyd edib ki, ölkə bu əməliyyat üçün gündəlik 900 milyon dollar xərcləyir. Xatırladaq ki, 2023-cü ildə Fitch Ratings ABŞ-nin defolt reytinqini (AAA — ən aşağı defolt riski) AA+ səviyyəsinə endirmişdi və bunu maliyyə göstəricilərinin pisləşməsi və borc yükünün artması ilə əsaslandırmışdı. Həmin vaxt Co Bayden administrasiyası agentliyin qərarını əsassız adlandırmışdı. Son xəbərlər Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Biz bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” — “PAŞA Bank Gürcüstan”ın baş direktoru ilə müsahibə 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Bank xəbərləri “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb 01/05/2026 Menecement (təyinatlar) TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub – RƏSMİ 01/05/2026 Digər xəbərlər Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Biz bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” — “PAŞA Bank Gürcüstan”ın baş direktoru ilə müsahibə 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Bank xəbərləri “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb 01/05/2026 Menecement (təyinatlar) TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub – RƏSMİ 01/05/2026