Borc mübahisələrində məhkəmə kimə inanır? – Hakimdən açıqlama Hüquqi məsələlərÖlkə daxili 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda borc müqavilələrindən yaranan məhkəmə mübahisələrində sübutetmə məsələlərinə aydınlıq gətirilib. Borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir. Banker.az xəbər verir ki, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hakimin sözlərinə görə, prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir. Bu o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir. Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda, şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir. Hakim həmçinin müqavilələrin hüquqi mahiyyətinə də toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb olunmur. Buna nümunə olaraq alğı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni, belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin — pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur. Taglarborc mübahisələrihakimi Günay Cavadova Son xəbərlər Ölkə xarici Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verib 01/05/2026 Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Bank xəbərləri “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb 01/05/2026 Digər xəbərlər Ölkə xarici Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verib 01/05/2026 Bank xəbərləri Vədimizə sadiq qalırıq: “Bankçılıqdan daha geniş tərəfdaşlıqlar qururuq” 01/05/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatı “Payonix”ə icrası məcburi olan göstəriş verib 01/05/2026 Bank xəbərləri “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb 01/05/2026