Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır Nəqliyyat 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlaması NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur. Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir. Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur. Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir. Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə BakıKart-a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq. Son xəbərlər Ölkə xarici ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq ÜDM-i üstələyib 01/05/2026 Ölkə daxili Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir 01/05/2026 Ölkə daxili Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək 01/05/2026 Nəqliyyat Bu avtomobillər də operativ nəqliyyat vasitələri hesab ediləcək 01/05/2026 Digər xəbərlər Ölkə xarici ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq ÜDM-i üstələyib 01/05/2026 Ölkə daxili Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir 01/05/2026 Ölkə daxili Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək 01/05/2026 Nəqliyyat Bu avtomobillər də operativ nəqliyyat vasitələri hesab ediləcək 01/05/2026