Yelo Bank-ın proseslərində rəqəmsal transformasiya Bank xəbərləri 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Yelo Bank üçün innovasiya hər şeydən əvvəl sadəlik deməkdir. Müasir bankçılıq həllərini müştəriləri üçün daha əlçatan və sürətli etməyə çalışan Bank, daxili proseslərin robotlaşdırılması (RPA) istiqamətində addımlarını sürətlə davam etdirir. Bu layihənin ilk uğurlu nəticəsi kimi, biznes hesablarının Dövlət Vergi Xidməti (DVX) portalında qeydiyyatı prosesi tamamilə rəqəmsal köməkçilərə (robotlara) həvalə olunub. Əvvəllər bir əməkdaş tərəfindən mexaniki şəkildə bir neçə dəqiqəyə icra olunan bu proses, artıq robotlar vasitəsilə cəmi 2 saniyəyə tamamlanır. Bu yenilik həm insan faktoru ilə bağlı riskləri aradan qaldırır, həm də müştərilərin bankda gözləmə müddətini minimuma endirir. Rutin tapşırıqlar avtomatlaşdıqca, əməkdaşlar bütün diqqətini müştərilər üçün daha faydalı və yaradıcı ideyalar üzərində cəmləyə bilirlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bankın strateji tərəfdaşı olan “Linktera” şirkəti ilə keçirilən növbəti işgüzar görüşdə də məhz bu uğurlu nəticələr və gələcək hədəflər müzakirə edilib. Yelo Bank il ərzində daha çox biznes prosesini robotlaşdırılmış sistemlərə keçirməyi və rəqəmsal transformasiyanı bankın bütün sahələrində prioritet istiqamət kimi saxlamağı planlaşdırır. Yelo Bank müasir texnoloji həlləri tətbiq etməklə həm daxili prosesləri sadələşdirməyi, həm də müştərilərinə hər addımda daha çevik və parlaq xidmət təqdim etməyi hədəfləyir. Sərfəli şərtlərlə tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarYelo Bank Son xəbərlər Biznes Bloomberg: Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən $16,1 milyard artıb 01/05/2026 Ölkə xarici ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq ÜDM-i üstələyib 01/05/2026 Ölkə daxili Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir 01/05/2026 Ölkə daxili Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək 01/05/2026 Digər xəbərlər Biznes Bloomberg: Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən $16,1 milyard artıb 01/05/2026 Ölkə xarici ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq ÜDM-i üstələyib 01/05/2026 Ölkə daxili Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir 01/05/2026 Ölkə daxili Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək 01/05/2026