Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı Bank xəbərləri 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan First Abu Dhabi Bankı ilə müxbir əlaqələr qurmuşdur. Bu tərəfdaşlıq Xalq Bankın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir. Yeni əməkdaşlıq beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar təqdim edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda Xalq Bank regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. TaglarXalq Bank Son xəbərlər Ölkə xarici Əraqçi: İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib 01/05/2026 Ölkə daxili Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb – VİDEO 01/05/2026 Menecement (təyinatlar) “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib 01/05/2026 Ölkə xarici Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 01/05/2026 Digər xəbərlər Ölkə xarici Əraqçi: İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib 01/05/2026 Ölkə daxili Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb – VİDEO 01/05/2026 Menecement (təyinatlar) “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib 01/05/2026 Ölkə xarici Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 01/05/2026