“Azeronline”-a yeni Baş müdir təyin edilir Menecement (təyinatlar) 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Azeronline LTD” BM-ə, yeni Baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir. Fərid Salamov telekommunikasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, bu təyinatadək “Aztelekom” MMC-də Kommersiya departamentinin direktoru vəzifəsində çalışaraq, şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına, məhsul portfelinin inkişafına, eləcə də satış və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni vəzifəsində Fərid Salamov “Azeronline”ın inkişafının növbəti mərhələsinə rəhbərlik edəcək. Bu çərçivədə əsas diqqət şəbəkə imkanlarını və yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərinin genişləndirilməsinə, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verilməsinə yönələcək. “Azeronline” Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayır. Şirkət fiber-optik genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsini dəstəkləməklə yanaşı, ölkə üzrə rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına töhfə verir. TaglarAzeronline Son xəbərlər Nəqliyyat Bakıda 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək 01/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 01/05/2026 Ölkə xarici İran Pakistana ABŞ ilə danışıqlar üzrə yeni təkliflərini təqdim edib 01/05/2026 Menecement (təyinatlar) “Azər Türk Bank”da yeni təyinat 01/05/2026 Digər xəbərlər Nəqliyyat Bakıda 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək 01/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 01/05/2026 Ölkə xarici İran Pakistana ABŞ ilə danışıqlar üzrə yeni təkliflərini təqdim edib 01/05/2026 Menecement (təyinatlar) “Azər Türk Bank”da yeni təyinat 01/05/2026