Mərkəzi Bankda təyinat – Baş direktorların sayı 10-a yüksəlib Bank xəbərləriMenecement (təyinatlar) 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Banka yeni baş direktor təyin edilib. Banker.az xəbər verir ki, bu, Sadiq Fərhad oğlu Axundovdur. O bu vəzifəsinə mayın 1-dən etibarən start verib. Hazırda tənzimləyicinin 10 baş direktoru var.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir. 2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir. Son xəbərlər Nəqliyyat Bakıda 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək 01/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 01/05/2026 Ölkə xarici İran Pakistana ABŞ ilə danışıqlar üzrə yeni təkliflərini təqdim edib 01/05/2026 Menecement (təyinatlar) “Azeronline”-a yeni Baş müdir təyin edilir 01/05/2026 Digər xəbərlər Nəqliyyat Bakıda 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək 01/05/2026 Bank xəbərləri “Rabitəbank” açıq tender elan edir 01/05/2026 Ölkə xarici İran Pakistana ABŞ ilə danışıqlar üzrə yeni təkliflərini təqdim edib 01/05/2026 Menecement (təyinatlar) “Azeronline”-a yeni Baş müdir təyin edilir 01/05/2026