MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi FinTex 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®MSolution 2026-cı ildə informasiya təhlükəsizliyi üzrə ISO 27001 sertifikatını əldə edib və eyni zamanda PCI DSS beynəlxalq təhlükəsizlik standartına uyğunluğunu uğurla yenidən təsdiqləyib. Bu nailiyyətlər şirkətin yalnız kart məlumatlarının qorunmasına deyil, ümumilikdə informasiya təhlükəsizliyinin sistemli idarə olunmasına və dayanıqlı ödəniş infrastrukturunun qurulmasına verdiyi önəmi göstərir. MSolution Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış ödəniş təşkilatı və texnologiya şirkəti olaraq ödəniş infrastrukturu, texniki inteqrasiya, avtomatlaşdırma və rəqəmsal transformasiya sahəsində fəaliyyət göstərir. Şirkət Visa, Mastercard və Google üzrə PSP tərəfdaşı kimi müxtəlif rəqəmsal ödəniş və proqram təminatı həlləri təqdim edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkət, həmçinin, MultiPay brendi ilə dövlət və özəl sektor üçün ödənişlərin idarə olunması, toplanması, paylanması və inteqrasiyası üzrə həllər təqdim edir. MSolution yüksək əhəmiyyətli və mürəkkəb layihələrdə iştirak edir. Şirkətin portfelinə Mobil Notariat, Elektron Hərrac Portalı, MyGov, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr istiqamətində layihələr, eləcə də digər dövlət yönümlü ödəniş və proqram təminatı həlləri daxildir. Şirkət bildirir ki, əsas məqsəd təhlükəsiz, dayanıqlı və müasir ödəniş həlləri təqdim etməklə dövlət və özəl sektorun rəqəmsal transformasiyasına töhfə verməkdir. TaglarMSolution Son xəbərlər Nəqliyyat Bakıda bu avtobuslar yenilənir 01/05/2026 Ölkə xarici Gevorq Papoyan: “Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı” 01/05/2026 Aqrarbiznes Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq 01/05/2026 Menecement (təyinatlar) Naxçıvan MR Xəstəxanasına yeni direktor təyin edilib 01/05/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu avtobuslar yenilənir 01/05/2026 Ölkə xarici Gevorq Papoyan: “Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı” 01/05/2026 Aqrarbiznes Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq 01/05/2026 Menecement (təyinatlar) Naxçıvan MR Xəstəxanasına yeni direktor təyin edilib 01/05/2026