Azərbaycanda dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq Dövlət büdcəsi 01/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dəyişikliyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında (hazırda bu cərimə 9000 manatdan 13 min manatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməlləri əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq. “Dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur. MənbəTREND TaglarCinayət Məcəlləsidövlət vəsaiti Son xəbərlər Menecement (təyinatlar) Naxçıvanda Sosial Xidmətlər Agentliyinə sədr təyin olunub 01/05/2026 Menecement (təyinatlar) Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub 01/05/2026 Ölkə xarici Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar 25% artırılacaq 01/05/2026 Ölkə xarici Tramp ABŞ-nin Kubaya qarşı sanksiyalarını genişləndirib 01/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Naxçıvanda Sosial Xidmətlər Agentliyinə sədr təyin olunub 01/05/2026 Menecement (təyinatlar) Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub 01/05/2026 Ölkə xarici Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar 25% artırılacaq 01/05/2026 Ölkə xarici Tramp ABŞ-nin Kubaya qarşı sanksiyalarını genişləndirib 01/05/2026