ABŞ Almaniyadan 5000 hərbçinin çıxarılmasına başlayır. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun sözçüsü Şon Parnell məlumat verib. Onun sözlərinə görə, Amerika qoşunlarının çıxarılmasının yaxın altı-on iki ay ərzində başa çatdırılması planlaşdırılır. Vaşinqtonun qərarı ABŞ prezidenti Donald Tramp və Avropa NATO müttəfiqləri arasında İranla müharibə ilə bağlı artan gərginlik fonunda verilib.