Rusiyada fərdi evdə baş verən yanğın yeddi nəfərin ölümünə səbəb olub. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Xantı-Mansi muxtar dairəsinin Megion şəhərinin Vısoki kəndində qeydə alınıb. Yuqra qubernatoru Ruslan Kuxaruk bildirib ki, yanğında 4-ü uşaq olmaqla 7 nəfərlik ailə vəfat edib: "İlkin məlumatlara görə, yanğına elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub".