Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır Nəqliyyat 02/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir: “Azərbaycan-Pakistan münasibətləri çox qədim və xüsusidir. Ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Ötən il liderlər səviyyəsində misli görünməmiş qarşılıqlı səfərlər və təmaslar baş verdi. Bütün bu təmaslar indi müsbət inkişaflara gətirib çıxarır”. Diplomat həmçinin bildirib ki, bu gün Pakistan da İçərişəhərdə baş tutan Beynəlxalq Xalça Festivalında təmsil olunur: “Bu kimi addımlar, əlbəttə ki, liderlər səviyyəsində verilən istiqamət nəticəsində əlaqələrimizi qurmağa və daha da möhkəmləndirməyə kömək edir. Eyni zamanda, bu gün Pakistanın ikinci aviaşirkəti Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bütün bu müsbət meyillər liderlərimiz arasında olan mükəmməl münasibətlərin təzahürüdür”. MənbəREPORT TaglarLahorQasım Mohiuddin Son xəbərlər Ölkə xarici ABŞ-nin blokadası İrana təxminən 5 milyard dollara başa gəlib 02/05/2026 Ölkə daxili Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 02/05/2026 Nəqliyyat AZAL Təl-Əvivə uçuşları bərpa edir 02/05/2026 Ölkə xarici Fransada iqtisadi artım dayanıb 02/05/2026 Digər xəbərlər Ölkə xarici ABŞ-nin blokadası İrana təxminən 5 milyard dollara başa gəlib 02/05/2026 Ölkə daxili Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 02/05/2026 Nəqliyyat AZAL Təl-Əvivə uçuşları bərpa edir 02/05/2026 Ölkə xarici Fransada iqtisadi artım dayanıb 02/05/2026