Avrozonada inflyasiya yüksəlib Ölkə xarici 02/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Aprel ayında Avrozonada inflyasiya səviyyəsi 3 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi enerji qiymətlərinin artması fonunda 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatında deyilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mart ayında 2,6 faiz olan inflyasiya səviyyəsi apreldə 3 faizə yüksəlib. Bazar proqnozları da inflyasiyanın 3 faiz olacağı istiqamətində idi. Bildirilir ki, aprel ayında inflyasiyanın əsas komponentlərinə baxdıqda, ən yüksək illik qiymət artımı 10,9 faizlə enerji məhsullarında olub. Xidmətlər sektorunda qiymətlər 3 faiz, qida, spirtli içki və tütün məhsullarında 2,5 faiz, sənaye məhsullarında isə 0,8 faiz artıb. Birinci rübdə Avrozona iqtisadiyyatı əvvəlki rüblə nisbətdə 0,1 faiz, illik müqayisədə isə 0,8 faiz artıb. Qeyd edək ki, Avropa Mərkəzi Bankının Avrozonada inflyasiya hədəfi 2 faizdir. MənbəTREND TaglarAvrozonada inflyasiya Son xəbərlər Nəqliyyat Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır 02/05/2026 Bank xəbərləri ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı! 02/05/2026 Ölkə xarici ABŞ-nin blokadası İrana təxminən 5 milyard dollara başa gəlib 02/05/2026 Ölkə daxili Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 02/05/2026 Digər xəbərlər Nəqliyyat Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır 02/05/2026 Bank xəbərləri ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı! 02/05/2026 Ölkə xarici ABŞ-nin blokadası İrana təxminən 5 milyard dollara başa gəlib 02/05/2026 Ölkə daxili Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 02/05/2026