“Bloomberg”: İran ABŞ blokadasına görə neft hasilatını azaldır Neft və Qaz 02/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Tehran ABŞ Silahlı Qüvvələrinin İran limanlarını davamlı blokadaya alması səbəbindən anbar çatışmazlığına görə hasil olunan neftin həcmini azaltmaq zərurəti ilə üzləşir. Bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “ABŞ-nin Hörmüz boğazındakı blokadası İranın neft ticarətinə təzyiq göstərdiyi bir vaxtda, son həftələrdə ölkənin ixracı azalıb, anbarlar isə sürətlə dolur. İran hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, ölkə hasilatın azaldılmasına başlayıb”, – məlumatda qeyd olunub. Agentliyin məlumatına görə, İslam Respublikasının hakimiyyət orqanları bu qərarı anbarların həcminin tükənməsinə yol verməmək məqsədilə qəbul ediblər. Həmçinin qeyd olunub ki, İran mühəndisləri sanksiyaların uzunmüddətli təsirindən və istehsaldakı dəfələrlə yaranan fasilələrdən sonra neft quyularını uzunmüddətli zərər vurmadan necə konservasiya etməyi bilirlər və onları yenidən sürətlə istismara verə biləcəklər. Məmurlardan biri qeyd edib ki, quyuların 30 %-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. İran hakimiyyətinin nümayəndələri etiraf ediblər ki, bu tədbirlər sənayenin fəaliyyətini qoruyub saxlamağa yalnız müvəqqəti kömək edə bilər. “Bloomberg” ekspertlərə istinadən yazıb ki, indiki neft hasilatı səviyyəsi saxlanılacağı təqdirdə, İranın bu xammalı saxlamaq imkanlarının tükənməsinə qədər təxminən bir ay vaxtı var. MənbəREPORT TaglarABŞ-İranİran nefti Son xəbərlər Ölkə daxili Səudiyyə Ərəbistanı Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir 02/05/2026 Ölkə daxili İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək 02/05/2026 Nəqliyyat ABŞ-ın aviaşirkətlərindən biri fəaliyyətini dayandırıb 02/05/2026 Avto xəbərlər Avtomobillərə “Hörmüz” maneəsi: mühərrik yağı tükənir 02/05/2026 Digər xəbərlər Ölkə daxili Səudiyyə Ərəbistanı Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir 02/05/2026 Ölkə daxili İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək 02/05/2026 Nəqliyyat ABŞ-ın aviaşirkətlərindən biri fəaliyyətini dayandırıb 02/05/2026 Avto xəbərlər Avtomobillərə “Hörmüz” maneəsi: mühərrik yağı tükənir 02/05/2026