Yəmən sahil mühafizəsi şənbə günü bildirib ki, M/T EUREKA neft tankeri Şəbva əyalətinin sahillərində naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Silahlı şəxslər gəmiyə minərək ona nəzarəti ələ keçirib və Ədən körfəzi istiqamətində, Somali sularına doğru yönəldiblər. Sahil mühafizəsi əlavə edib ki, tankerin yeri müəyyən edilib və onu izləmək, geri qaytarmaq və heyətinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür.