Sunday Times qəzeti ön səhifəsində yazır ki, Uels Şahzadəsi “əsasən Kornuoll Hersoqluğundan əldə etdiyi gəlirlər sayəsində Böyük Britaniyanın ən böyük vergi ödəyicilərindən biridir”. Qəzetin araşdırmasına görə, Şahzadə Uilyamın “7 milyon funt sterlinq gəlir vergisi borcu” var. Araşdırma göstərir ki, “ Kornuoll Hersoqluğu və monarxa verilən Lankaster Hersoqluğu orduya, donanmaya, NHS-ə və məktəblərə öz torpaqlarından istifadə etməyə görə milyonlarla pul qazanır”. Digər kral xəbərlərində isə, Uels Şahzadəsi və Şahzadə xanımı qızları Şahzadə Şarlottanın 11-ci ad gününü qeyd etmək üçün sosial mediada onun fotosunu paylaşıblar. Bu foto bir neçə bazar qəzetinin ön səhifələrində yer alıb.