Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Daşınmaz əmlak 03/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir. Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir. Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir. Vüqar Bayramov bildirib ki, paytaxtda bu il də söküntü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir. MənbəXezerxeber.az TaglarkompensasiyaSöküntüVüqar Bayramov Son xəbərlər Ölkə xarici KİV: ABŞ Kubaya qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir 03/05/2026 Ölkə daxili Səudiyyə Ərəbistanı Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir 02/05/2026 Neft və Qaz “Bloomberg”: İran ABŞ blokadasına görə neft hasilatını azaldır 02/05/2026 Ölkə daxili İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək 02/05/2026 Digər xəbərlər Ölkə xarici KİV: ABŞ Kubaya qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir 03/05/2026 Ölkə daxili Səudiyyə Ərəbistanı Qarabağdakı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir 02/05/2026 Neft və Qaz “Bloomberg”: İran ABŞ blokadasına görə neft hasilatını azaldır 02/05/2026 Ölkə daxili İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək 02/05/2026