Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək. "Report"un məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var. Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb. Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.